Azərbaycan millisinin qapıçısı 1-ci Liqa klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin qapıçısı 1-ci Liqa klubu ilə müqavilə bağladı

Yeni mövsüm Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq "Səbail" yeni qapıçı transfer edib.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi yenidən Rəşad Əzizli ilə anlaşıb.

31 yaşlı qapıçı ilə qarşıdakı mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Rəşadın son klubu "Sumqayıt" olub.

Azərbaycan millisinə də dəvət alan qolkiper 2017 və 2022-ci illərdə "dənizçilər"in formasını geyinib.