"Səbail" "Zaqatala"ya qarşı, "Şəfa" üçün paytaxt derbisi olacaq

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci turun proqramı açıqlanıb.
"Mediasport" xəbər verir ki, turun görüşləri 3 oyun günün əhatə edəcək.
Liderlərdən "Şəfa" paytaxt derbisində "Baku Sportinq"lə üz-üzə gələcək.
Premyer Liqaya digər iddialı "Səbail" isə "Zaqatala" ilə qarşılaşacaq.
Azərbaycan 1-ci Liqası. 5-ci tur
15 oktyabr (çərşənbə)
“Səbail” – “Zaqatala”
“ASCO Arena”, 16:00
16 oktyabr (cümə axşamı)
MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu, 14:30
“Mingəçevir” – “Şimal”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30
“Difai” – “Şahdağ Qusar”
Ağsu şəhər stadionu, 14:30
17 oktyabr (cümə)
“Baku Sportinq” – “Şəfa”
Buzovna qəsəbə stadionu, 14:30.