"Qəbələ" çempionluq kuboku və medallarını darmadağınla aldı

Azərbaycan 1-ci liqasında 26-cı tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Çempionluğu vaxtından əvvəl təmin etmiş "Qəbələ" doğma meydanda "Zaqatala" klubunu darmadağın edib.
Kaxaber Çxadadzenin komandasına kubok və medalları görüşdən sonra Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Turun qalan matçları sabah eyni saatda (17:00) baş tutacaq.
Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, "Qəbələ", "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya əldə ediblər.
Son iki tur ərəfəsində əsas mübarizə liqada qalmaq uğrunda gedir.
Azərbaycan 1-ci Liqası. 26-cı tur
15 may (cümə axşamı)
“Qəbələ” – “Zaqatala”4:0
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Qəbələ şəhər stadionu