Peşəkar Futbol Liqası "Şəfa"nın oyunçusunu mükafatlandırdı

 Peşəkar Futbol Liqası "Şəfa"nın oyunçusunu mükafatlandırdı

Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsinin qalibi olan "Şəfa"nın futbolçusu Tərlan Quliyev mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, mərasim 21-ci turun "Səbail"lə oyunundan əvvəl baş tutub.

Mart ayının ən yaxşı qol müəllifinə mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.