"Qəbələ"nin oyunçusu qarşıdakı mövsümü 1-ci Liqada keçirəcək

1-ci Liqa üçün qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Baku Sporting” heyətini yeni oyunçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən Sənan Ağalarov iarəyə götürüb.
20 yaşlı futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, Müqavilə ilə “Qəbələ”yə məxsus olan Ağalarov ötən mövsüm “Araz-Naxçıvan”da çıxış edib.