Azərbaycan klubundan gedən futbolçuların sayı 12-yə çatdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümə hazırlaşan “Difai”də növbəti ayrılıq qeydə alınıb.
"Mediasport" xəbər verir ki, Araz Bağırovun komandası Yaqub Yusubovla vidalaşıb.
Futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, komanda daha əvvəl Murad Şirinov, Seymur Rəhimov, Ceyhun Muxtarlı, Ömər Məmmədzadə, Rəvan Əvəzov, Riad Abbaszadə, Əbil Əbilov, Mahir Həsənov, Seymur Əliyev, Xəyyam Məmmədli və Arzu Atakişiyevlə yollarını ayırıb.