Azərbaycan klubu baş məşqçi ilə 5 illik yeni müqavilə bağladı

Azərbaycan klubu baş məşqçi ilə 5 illik yeni müqavilə bağladı

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Baku Sporting” baş məşqçi Elman Sultanovla bağlı qərar verib.

"Mediasport" xəbər verir ki, mütəxəssislə uzunmüddətli müqavilə bağlanılıb.

Onun köməkçiləri də qarşıdakı mövsümlərdə paytaxt klubunda işləyəcəklər.

Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub.

E.Sultanov bu ay AFFA-nın təşkil edəcəyi PRO kateqoriya kurslarında iştirak edəcək.

Qeyd edək ki, "Baku Sporting" hazırda geridə qalan 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.