Gimnastlarımız Portimaoda 1 qızıl və 1 gümüş medal qazandı

 Gimnastlarımız Portimaoda 1 qızıl və 1 gümüş medal qazandı

Azərbaycanın bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, turnirdə iki idmançımız medal qazanıb.

Azadə Atakişiyeva topla hərəkətlərdə 25,500 xal toplayaraq çempion olub.

Gövhər İbrahimova isə eyni hərəkətlərdə 25,900 xalla gümüş mükafata yiyələnib.