Premyer Liqaya iddialı klub ili qələbə və lider kimi başa vurdu
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 12-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Premyer Liqaya iddialı "Şəfa" növbəti qələbəsini qazanaraq ili lider başa vurub.
Paytaxt klubunun ən yaxın izləyicisi "Səbail" gözlənilmədən evdə autsayderə uduzub.
Bakının digər təmsilçisi "Baku Sportinq" fürsətdən maksimum yararlanaraq 2-ci pilləni ələ keçirib.
Azərbaycan 1-ci Liqası. 12-ci tur
24 dekabr (çərşənbə)
14:00. “Mingəçevir” - “Şahdağ Qusar” 1:1
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
14:00. “Səbail” - “Şimal” 3:4
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev
“ASCO Arena”
14:30. “Bakı Sportinq” - “Zaqatala” 2:1
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə
Buzovna qəsəbə stadionu, 14:30
25 dekabr (cümə axşamı)
14:00. MOİK - “Şəfa” 0:2
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva
Binə qəsəbə stadionu
14:30. “Difai” - “Cəbrayıl” 5:2
Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov
Ağsu şəhər stadionu

