Çempion "Şəfa" 27-ci oldu
"Şəfa" 2025/2026 mövsümündə Azərbaycan 1-ci Liqasının çempionu olaraq Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, ilk dəfə 1-ci Liqanın qalibi olan "Şəfa" əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır.
Bunadək 26 klub belə uğur əldə edib. "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Qəbələ" və "Turan Tovuz" iki, digər komandaların bir qızıl medalı var.
1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb.
1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.
