DÇ-2028: Yığmamız Bakıda Latviyaya böyük hesabla uduzdu

DÇ-2028: Yığmamız Bakıda Latviyaya böyük hesabla uduzdu

Futzal üzrə Azərbaycan milli komandası DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız Bakıda Latviya komandası ilə qarşılaşıb.

12-ci qrupun Bakı İdman Sarayında baş tutan matçı rəqibin böyükhesbalı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, millimiz daha əvvəl qrupda Çexiyaya səfərdə uduzub (1:2), Lənkəranda heç-heçə (2:2) edib.


DÇ-2028. Əsas mərhələ. 12-ci qrup, 3-cü tur


Azərbaycan – Latviya 1:5

Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç (hamısı Xorvatiya)

Taymkiper: Hidayət Feyzullayev (Azərbaycan)

Hakim-inspektor: Ancelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)