"Qarabağ" Antalya toplanışında daha bir yoxlama oyunu keçirəcək

"Qarabağ" Antalya toplanışında daha bir yoxlama oyunu keçirəcək

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" daha bir yoxlama matçı keçirəcək.

"Mediasport" xəbər verir ki, yanvarın 16-da Antalyada Polşanın "Zaqlebye" klubu ilə qarşılaşacaq Ağdam təmsilçisi həmin gün Xorvatiyanın "Osiyek" komandası ilə də gücünü sınayacaq.

Polşalılarla oyun Bakı vaxtilə saat 12:00-da başlanacaq.

İkinci duel isə Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Qurban Qurbanovun komandası hazırlıq çərçivəsində Özbəkistanın "Neftçi" klubuna 5:0 hesabı ilə qalib gəlib.