İntizam Komitəsi Santos, Elvin və Musanın cəzalarını açıqladı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununda baş verən dava-dalaşla bağlı qərarlar çıxarıb.
“Mediasport” xəbər verir ki, görüşün 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb.
Braziliyalıya 3 ay sınaq müddəti təyin olunub, klubu 3000 manat cərimə edilib.
"Qarabağ"ın oyunçuları - Elvin Cəfərquliyev və Musa Qurbanlı isə təcavüzkar davranışa yol verdikləri üçün biri şərti olmaqla 2 oyunluq cəza alıb.
Onlara üç ay sınaq müddəti təyin olunub, Ağdam təmsilçisi 4000 manat cərimə ödəyəcək.
Matç başa çatdıdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan klubu 800 manat ziyana düşüb.