"Rəqib yaxşı kollektivdir, lakin bu, bizim üçün böyük fürsətdir"

"Rəqib yaxşı kollektivdir, lakin bu, bizim üçün böyük fürsətdir"

"Qarabağ" və "Ferentsvaroş" bərabər səviyyəli komandalardır. Oyunumuzu istədiyimiz kimi alındıra bilsək, rəqibə çox problem yaradarıq".

"Mediasport" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Robbi Kin deyib.

İrlandiyalı mütəxəssis sabah Budapeştdə reallaşacaq görüşdən öncə baş tutan mətbuat konfransında matçla bağlı fikirlərini səsləndirib.

O, hər iki komandanın eyni gücə malik olduğunu qeyd edib:

"İlk oyundur. Belə halda qol buraxmamalıyıq. Yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Rəqib yaxşı kollektivdir. Lakin bu, bizim üçün böyük fürsətdir. Azərbaycan klubunun hazırkı oyunlarını izləmişəm. Hər iki kollektivdə yeni futbolçular var. Azarkeşlərimizdən xahiş edirəm ki, bizə bundan əvvəlki mərhələdə olan enerji ilə dəstək olsunlar".

Qeyd edək ki, "Ferensvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab dueli avqustun 27-də oynanılacaq.