Azərbaycan karateçilərindən Dünya Kubokunda 3 medal
Karatenin vado-ryu üslubu üzrə Azərbaycan milli komandasının üzvləri Yunanıstanın Afina şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz yarışda bir gümüş və iki bürünc medal qazanıblar.
U21 yaş qrupunda İmran İsmayılzadə (75 kq) yalnız finalda uduzub.
16-17 yaş kateqoriyasında Uğur Quliyev (67 kq), böyüklər arasında isə Maarif Xurşudov (80 kq) 3-cü yeri tutublar.
Komandamız turnirdə Vilayət Əmirovun rəhbərliyi altında mübarizə aparıb.

