"Sabah" Bakıda "Slaviya"ya uduzdu
UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışan "Sabah"ın U-19 komandası Gənclər Liqasında ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Masazırda "Slaviya" (Çexiya) ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Praqa təmsilçisi 49-cu dəqiqədən azlıqda qalıb.
Xatırladaq ki, "Sabah" ilk turda "Mançester Yunayted"ə uduzub (0:5), "Slaviya" isə "Lans"ı məğlub edib (2:1).

