"Qarabağ" Bədavi Hüseynovla bağlı yekun qərarını açıqladı

"Qarabağ" Bədavi Hüseynovla bağlı yekun qərarını açıqladı

"Qarabağ" Bədavi Hüseynovla müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.

2012-ci ildən "atlılar"ın formasını geyinən Azərbaycan millisinin üzvü Premyer Liqada 267 oyunda 5 qol vurub.

O, 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.

Bədavi yığmanın heyətində 82 oyun keçirib.