"Lill"in futbolçusu "Sabah"da

"Sabah" Fransanın "Lill" klubunun futbolçusunu icarəyə götürüb.
"Mediasport" xəbər verir ki, gənc futbolçu Aron Maluda bir illik icarə əsasında Masazır təmsilçisinin formasını geyinəcək.
19 yaşlı futbolçu karyerası ərzində "Renn" və "Nim" klublarının əsas və əvəzedicilər komandalarında oynayıb.
Vinger mövqeyində çıxış edən Aron Fransanın U-19 millisinin də üzvü olub.
Xatırladaq ki, Aron Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq üzvü, tanınmış futbolçu Floran Maludanın oğludur.