İslam Əjdərovdan Avropa çempionatında bürünc medal
Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü İslam Əjdərov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz 18 yaşadək idmançıların mübarizəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda bürünc medal qazanıb.
Əjdərov yarımfinal mərhələsində macarıstanlı Nimrod Pelini geridə qoyub.


