Premyer Liqada "Azərbaycan derbisi"nə doğru: STATİSTİKA-2
Bu həftə Premyer Liqada "Azərbaycan derbisi" baş tutacaq.
"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqası bu böyük oyunla əlaqəli statistik məlumatlar təqdim edir.
İndiyədək keçirilmiş Azərbaycan derbilərində "Qarabağ"ın 55, "Neftçi"nin 53 futbolçusu qol seçinci yaşayıb.
Ümumilikdə isə 103 oyunçu rəqib qapılarına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.
İlk qolu 1992-ci ildə "Qarabağ"ın futbolçusu Zaur Qarayev vurub. 1:1 hesabı ilə bitən görüşdə paytaxt klubunun heyətində Ərani Beydiyev fərqlənib.
Azərbaycan millisinin hücumçusu, "Qarabağ"ın sabiq üzvü Mahir Emreli derbilərin bombardiridir – 9 qol. Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir. "Neftçi"nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqləniblər.
Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.
"Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb.
Azərbaycan derbilərindəki ilk üç avtoqola "Qarabağ", son beş avtoqola isə "Neftçi" imza atıb. İlk avtoqol – Səttar Əliyev ("Qarabağ") – 14.11.1999. "Neftçi" – "Qarabağ" 2:0.
"Neftçi"nin ilk avtoqolu – Jayro Rodriqes – 21.08.2016. "Qarabağ" – "Neftçi" 3:0.
İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jayro Rodriqes ("Neftçi") – 21.08.2016. "Qarabağ" – "Neftçi" 3:0, 25.10.2016. "Neftçi" – "Qarabağ" 0:2.
Ümumi avtoqol sayı – 13
"Neftçi"nin avtoqolları – 8
"Qarabağ"ın avqotolları – 5
İki avtoqol olan yeganə oyun – 21.05.2022. "Qarabağ" – "Neftçi" 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi "Neftçi")
Eyni oyunda həm öz, həm də rəqib qapısına qol vuran yeganə oyunçu – Mateus Saldanya – 02.05.2023. "Neftçi" – "Qarabağ" 2:4
4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. "Qarabağ" evdə 1, səfərdə 4, "Neftçi" evdə 3, səfərdə 5 avtoqola üzülüb.
2016/2017 mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb. "Neftçi" üç fərqli matçda öz qapısına qol vurub.
Qeyd edək ki, Premyer Liqanın XI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçı noyabrın 11-də "Azərsun Arena"da, saat 18:44-də start götürəcək.
