"Şamaxı" və "Zirə" 31-ci turu 3 xalla başa vurdular, "Qarabağ"ın erkən çempionluğu ertələndi

"Şamaxı" və "Zirə" 31-ci turu 3 xalla başa vurdular, "Qarabağ"ın erkən çempionluğu ertələndi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Liqada qalmaq uğrunda yarışan "Kəpəz" Şamaxıda meydana çıxıb.

Rəşad Sadıqovlu "Zirə" isə ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirmək və "Qarabağ"ın erkən çempionluğuna mane olmaq üçün "Sumqayıt"dan 3 xal alıb.


Azərbaycan Premyer Liqası. 31-ci tur


18 aprel

19:00. “Araz-Naxçıvan” - “Turan Tovuz” 1:1

Qollar: İssuf Paro, 52 - Faiq Hacıyev, 34.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Liv Bona Dea Arena"


19 aprel

17:30. “Sabah” - “Səbail” 3:2

Qollar: Sofian Şakla, 3, Dimitri Litvin, 82-avtoqol, Coy Lens Mikels, 90+3 - İnnosent Nşuti, 22, Süleyman Alluş, 74.

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"


20:00. “Qarabağ” – “Neftçi” 3:0

Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40-penalti, Nəriman Axundzadə, 41.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu


20 aprel

16:30. “Şamaxı” – “Kəpəz” 2:1

Qol: Alfons Msanqa, 27, Brahim Konate, 67 - Luis Paçu, 35.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Vüsal Əliyev.

Şamaxı şəhər stadionu


19:00. “Zirə” - "Sumqayıt” 3:1

Qollar: Giorgi Papunaşvili, 6, Junior Martins, 45+1, Salifu Suma, 90 - Bobur Abduxalikov, 52.

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Munis Abdullayev.

Zirə İdman Komnpleksinin stadionu