Kurban Berdiyev azarkeşlərin "İstefa" şüarına belə cavab verdi
"Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 15-ci turunun "Sabah"la ev matçı haqda danışıb, 1:3 hesablı məğlubiyyəti şərh edib:
"Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində "Sabah"ın istifadə edəcəyi boşluqlar çox oldu".
Oyundan əvvəl rəqibi təhlil edirsiniz?
- Əlbəttə.
Bu gün azarkeşlər sizin ünvanınıza "istefa" şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.
Bu gün "Turan Tovuz"un sərgilədiyi oyun idi?
- Xeyr.
