"Qarabağ" İsveçdə "Gothia Puma Trophy" turnirində yarışacaq

"Qarabağ" İsveçdə "Gothia Puma Trophy" turnirində yarışacaq

"Qarabağ" Futbol Akademiyasının U-17 komandası İsveçdə "Gothia Puma Trophy" turnirində yarışacaq

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi qrupda ilk matçını iyulun 14-də "Myallbü"dən olan həmyaşıdlarına qarşı keçirəcək.

Təmsilçimiz növbəti turlarda - iyulun 15-də "Sportinq Laqos", 16-da isə "Göteborq"la qarşılaşacaq.

Turnir Göteborq şəhərində təşkil olunacaq.