"Atlılar"ın 3 üzvü millidə sıradan çıxdı - Yığmanın "Qarabağ"a "xeyiri"
"Qarabağ"ın daha bir futbolçusu Azərbaycan millisinin düşərgəsində sıradan çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa yığması ilə görüşün ilk hissəsində zədələnib.
Ağdam klubundan verilən məlumata görə, qolkiper uzun müddət meydana çıxa bilməyəcək.
"Şah" sol bud çanağından aldığı zədəyə görə təxminən 3 ay futbolsuz qalacaq.
Xatırladaq ki, "atlılar"ın digər üzvləri - Elvin Cəfərquliyev və Toral Bayramov da bir neçə gün əvvəl millinin düşərgəsini qızdırma və zədə səbəbindən tərk etmişdi.
Bu futbolçuların vəziyyəti qənaətbəxşdir və məşqlərə başlayıblar.
