Nəriman oynamadı, "Kolumbus Kryu" evdə bərabərliyə razılaşdı
ABŞ-nin futbol üzrə yüksək lqiası sayılan MLS-in Şərq Konfransında 7-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” doğma meydanda “Orlando Siti” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Nəriman Axundzadə matçı kənardan izləyib.
“Kolumbus Kryu” 6 xalla 11-ci pillədə qərarlaşıb.
