"Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"i də məğlub etdi

UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da meydana çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu "atlılar" Bakıda Danimarkanın "Kopenhagen" klubunu qəbul ediblər.
Matç komandamızın möhtəşəm qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə "Benfika"nı da məğlub etmişdi (3:2).
Qeyd edək ki, Azərbaycan çempionu cari ÇL-in əsas mərhələsində hər iki turda qalib gələn 4 komandadan ("Real Madrid", "Bayern Münhen", "İnter") biridir.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur
"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 2:0
Qollar: Abdullah Zubir, 28, Emmanuel Addai, 83.
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR: Rob Dieperink
AVAR: Jeroen Manşot (Hakimlər briqadası Niderlanddandır)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.