Peşəkar Futbol Liqası "Şəmkir"in futbolçusunu mükafatlandırdı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, noyabr ayının ən yaxşı qol müəllifi "Şəmkir"dən Ceyhun Rəcəbli seçilib.
Futbolçu 13-cü turun "Quba" ilə görüşündən əvvəl mükafatlandırılıb.
Ona mükafatı Peşəkar Futbol Liqasının (PFL) Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
