Millimiz Monteneqroya uduzdu

Millimiz Monteneqroya uduzdu

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 56-ci dəqiqədə Samir Şərifov vurub.

Xatırladaq ki, ilk yoxlama matçında millimiz Monteneqronu 1:0 hesabı ilə məğlub edib. Yeganə topu 65-ci dəqiqədə Onur Əliyev vurub.