"Qarabağ" növbəti transferi bitirdi

"Qarabağ" növbəti transferi bitirdi

“Qarabağ” daha bir legionerin keçidini həll edib.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun bu transfer dönəmində 6-cı yeni üzvü Renaldo Kepasdır.

"Atlılar" Yamayka milli komandasının vingeri ilə 3 illik müqaviləni razılaşdırıblar.

Son mövsümü Rusiyanın "Pari" klubunda keçirmiş 27 yaşlı futbolçu düşərgəyə Avstriyada qoşulacaq.

O, ölkəsində “Arnett Qardens”, Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”nün şərəfini qoruyub.

Kepas 2023-cü ildən yığmanın heyətində 28 oyun keçirib, 3 qolla yadda qalıb.