"Kəpəz" nigeriyalı legioner gətirdi
"Kəpəz" heyətini yeni legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, gəncəlilər Olabiran Blessinq Muyivanı transfer ediblər.
27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
"Benito" ləqəbli futbolçunun son klubu Kiprdə "Akritas" olub.


