"Neftçi"nin futbolçusunu Afrika Millətlər Kuboku üçün çağırdılar
"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.
Bu barədə "Mediasport"a paytaxt klubundan məlumat verilib.
30 yaşlı yarımmüdafiəçi dekabrın 21-də start götürəcək Afrika Millətlər Kuboku oyunları üçün düşərgədə yer alacaq.
Turnir 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.
Xatırladaq ki, Almeydanın milli komandası D qrupunda Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
