"Kəpəz"dən növbəti transfer -FOTO
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Hüseyn Babayevlə anlaşıb.
23 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Babayev son olaraq 1-ci Liqada “Baku Sportinq”in formasını geyinib.
O, U-21 Azərbaycan millisində də oynayıb.



