"Turan Tovuz" - "Fənərbaxça" matçının başlanma saatı açıqlandı
“Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlanma saatı açıqlanıb.
"Mediasport" xəbər verir ki, oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.
Qarşılaşmanın biletləri bu gün etibarən satışa çıxarılacaq.

