Nazir "Neftçi"ni təbrik etdi - FOTO

Nazir "Neftçi"ni təbrik etdi - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev "Neftçi"ni təbrik edib.

"Mediasport" xəbər verir ki, paytaxt klubunun Müşahidə şurasının üzvü "ağ-qaralar"ın 89 illiyi münasibətilə ürək sözlərini sosial şəbəkə hesablarında paylaşıb:

"Bu gün “Neftçi” futbol klubunun yaradılmasından 89 il ötür. Zəngin tarixə malik klubun hər bir üzvünü – futbolçularını, məşqçilərini, eləcə də azarkeşləri bu əlamətdar gün münasibətilə təbrik edir, yeni-yeni qələbələr arzulayıram".

Qeyd edək ki, E.Əmrullayev 2022-ci ildən "Neftçi"də təmsil olunur.