"Turan Tovuz"lu Asiya Kubokunun seçmə mərhələ matçına çağırıldı

 "Turan Tovuz"lu Asiya Kubokunun seçmə mərhələ matçına çağırıldı

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

"Mediasport" xəbər verir ki, qolkiper Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Şərqi Timorla oyun üçün milli komandanın sərəncamında olacaq.

Görüş 18-də baş tutacaq.

Xatırladaq ki, 2024-cü ildən milli komandaya çağırılan 31 yaşlı Baklov yığmanın heyətində 5 oyun keçirib.