VİDEO: Qurban Qurbanov millidən getməsinin səbəbini açıqladı
2017-2018-ci illər aralığında millini çalışdırmış Qurban Qurbanov oradan ayrılmasının səbəbini açıqlayıb.
"Mediasport" xəbər verir ki, həmin vaxt AFFA ilə 6 illik müqavilə imzaladığı halda cəmi 1 il sonra yığmanın sükanı arxasını tərk edən təcrübəli mütəxəssis gizli mətləblərin üstünü açıb.
Azərbaycanın ən güclü məşqçisi federasiyanın ovaxtkı rəhbərliyi arasında olan münasibətlərin bu qərara təsirini önə çəkib.
O bildirib ki, millidən özü getməyib, göndərilib.
Q.Qurbanov səmimiyyət, doğru yanaşma görmədiyi yerdə uğurlu fəaliyyət göstərməyin mümkün olmadığını vurğulayıb.
Ətraflı “Sportinfo TV”nin süjetində:
