UÇL: "Qarabağ" - "Şkendiya" qarşılaşmasına 25 min bilet satıldı

UÇL:  "Qarabağ" - "Şkendiya" qarşılaşmasına 25 min bilet satıldı

Bir neçə saat sonra UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) qarşılaşmasına satılan bilet sayı açıqlanıb.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, görüşə artıq 25 min bilet satılıb.

Matçın biletlərinin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Oyun saat 20:00-da başlanacaq.