Millimiz Belarusla qarşılaşır

 Millimiz Belarusla qarşılaşır

Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Belarus toplanışı çərçivəsində bu gün ilk yoxlama matçını keçirəcək.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun komandası yerli yığma ilə üz-üzə gələcək.

Matç Jodinodakı “Torpedo” stadionunda reallaşacaq və Bakı vaxtilə saat 19:00-da başlanacaq.

Futbolçularımız iyulun 2-dək davam edəcək hazırlıq çərçivəsində Belarus seçməsi ilə ikinci dəfə iyulun 1-də Minskdə yerləşən “Traktor”  stadionunda üz-üzə gələcək.


Yoldaşlıq oyunu


19:00. Belarus - Azərbaycan

Baş hakim: Vera Opeykina (Rusiya)

Jodino, “Torpedo” stadionu.