"Qarabağ" bu transferin baş tutması üçün 1 milyon avro ödədi
“Qarabağ”ın yeni transfer Cebrail Makreçkisin keçidi üçün nə qədər pul xərclədiyi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu anlaşmaya gör Macarıstanın "Ferensvaroş" komandasına 1 milyon avro civarında kompensasiya ödəyib.
26 yaşlı latviyalı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Xatırladaq ki, Makreçkis transferlər üçün xeyli büdcə ayıran "atlılar"ın bu yay 8-ci yeni legioneri olub.
Komanda onadək Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bençe Varkonyi ilə güclənib.


