"Qəbələ"nin baş məşqçisi narazıdır

Premyer Liqada yeni mövsümə hazırlığı davam etdirən "Qəbələ" "Sumqayıt"la yoxlama oyununda üz-üzə gəlib (2:2).
"Mediasport" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze "gənclik şəhəri" təmsilçisi ilə oyunda komandasının oyununu dəyərləndirib:
"Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. "Sumqayıt"la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı".
Gürcüstanlı mütəxəssis komandasının hazırlıq prosesindən də söz açıb:
"Yeni transferlərimiz oldu. Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur".