Mehri Ağayeva Bolqarıstan turnirində gümüş medal qazandı
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, idmançımız yarışda gümüş medal qazanıb.
O, qızlar arasında ikinci yeri E qrupunda 1 metr tramplindən tullanma yarışında 115,20 xal toplayaraq tutub.
İyulun 17-dək davam edəcək turnirdə 15 ölkədən 187 idmançı mübarizə aparır.
Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirin yer aldığı 7 nəfərlik heyətlə təmsil olunur.


