"Qarabağ" Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi oldu!

"Qarabağ"ın U-13 komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.
"Mediasport" xəbər verir ki, təmsilçimiz finalda yerli “Burqas”la qarşılaşıb.
Rəqib qapısından iki cavabsız qol keçirən U-13 yarışın baş mükafatına yiyələnib. Komandamızın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub etmişdi (0:0, pen. 4:3).