"Qarabağ" növbəti dəfə məşhur saytların gündəmində - FOTOLAR

 "Qarabağ" növbəti dəfə məşhur saytların gündəmində - FOTOLAR

Dünən UEFA Çempionlar Liqasında Azərbaycan adına növbəti dəfə tarix yazan "Qarabağ" dünyanın məşhur xəbər saytlarında gündəm olub.

"Mediasport" xəbər verir ki, Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu üzərində möhtəşəm qələbə (3:2) qazanan Qurban Qurbanovun komandası müxtəlif ölkələrin tanınmış portallarının əsas səhifələrində yer alıb.