"Bilirdim ki, Şaxta Baba yoxdur, amma inanırdım" - Yuri Vernidub

"Bilirdim ki, Şaxta Baba yoxdur, amma inanırdım" - Yuri Vernidub

"Bilirdim ki, Şaxta Baba yoxdur, amma inanırdım. Uzun müddət ona açıqcalar yazırdım. Şaxta Baba da istəklərimi yerinə yetirirdi. Arzularım demək olar ki, hər zaman reallaşırdı".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib. O, yeni illə bağlı düşüncələrini bölüşüb:

"İstəyirəm ki, 2026-cı ildə hər şey yaxşı olsun. Ukrayna vətəndaşı kimi yalnız sülh, xeyirxahlıq və qarşılıqlı anlaşma arzulayıram. Müharibə ilə bağlı bütün çətinliklərin sona çatmasını istəyirəm. Hazırda hər birimiz üçün ən vacib olan sülhə can atmaq və qələbəmizə inanmaqdır. Bizim üçün Ukrayna vahid və bölünməz olmalıdır. Bu bizim vətənimizdir.

Futbola gəlincə, Ukrayna millisinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını, klublarımızın avrokuboklarda uğurla çıxış etməsini arzulayıram. Çətinliklərə baxmayaraq, Ukrayna futbolu yaşayır. Əminəm ki, o yenidən dirçələcək və əvvəlki kimi beynəlxalq arenada sözünü deyəcək".

Xatırladaq ki, Yuri Vernidub ötən ayın əvvəlində "Neftçi" ilə 1,5 illik müqavilə bağlayıb.