AVRO-2027: Yığmamız Maltada Şimali İrlandiya millisinə qarşı

AVRO-2027: Yığmamız Maltada Şimali İrlandiya millisinə qarşı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, 13-cü qrupda yer alan yığmamız Maltanın Ta Qali şəhərində təşkil olunan raundda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

“Sentenari” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu milli ilk turda Çexiyaya 1:6 hesabı ilə uduzub.


AVRO-2027. Seçmə mərhələ. 13-cü qrup. 2-ci tur


17:30 Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)

Dördüncü hakim: Ezekiel Barbara (Malta)