"Qarabağ" Niderlanda yola düşdü
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq "Qarabağ" ilk matç üçün Niderlanda yola düşüb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Heydər Əliyev Beynəlxalq Aeroportundan Enşxede şəhərinə çarter reysi ilə səfər edib.
Qeyd edək ki, avqustun 20-də “Qrols Veste” stadionunda keçiriləcək görüş Bakı avxtilə saat 22:00-da başlanacaq.
Cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.












