Mahir Emrelinin adı "Nürnberq"in iştirak ərizəsinə salınmadı!

Mahir Emrelinin adı "Nürnberq"in iştirak ərizəsinə salınmadı!

"Nürnberq"də çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının "Ulm"la qarşılaşmasından kənarda qalıb.

Mediasport.com.az xəbər verir ki, Miroslav Kloze hazırda davam edən matç üçün 28 yaşlı hücumçunun adını iştirak ərizəsinə daxil etməyib.

Xatırladaq ki, son günlər komandadan ayrılacağı deyilən forvard 21-ci turun "Maqdeburq"la oyununda ehtiyatda qaldığı üçün baş məşqçiyə etiraz etmişdi.

Mahirin karyerasını Cənubi Koreyanın "Seul" klubunda davam etdirəcəyi bildirilir.

2024-cü ilin yayından "Nürnberq"də forma geyinən Emreli Bundesliqa və kubokda 15 oyun keçirib, 4 qol vurub.