"Qarabağ" Xorvatiya klubu ilə qarşılaşır - UEFA Gənclər Liqası

"Qarabağ" Xorvatiya klubu ilə qarşılaşır - UEFA Gənclər Liqası

"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nu qəbul edəcək.

"Azərsun Arena"da keçiriləcək 2-ci təsnifat mərhələsinin ilk oyunu saat 15:30-da start götürəcək.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.