"Qarabağ"dan ayrılan futbolçu paytaxt klubuna keçdi - RƏSMİ

"Qarabağ"dan ayrılan futbolçu paytaxt klubuna keçdi - RƏSMİ

"Qarabağ"dan ayrılan yarımmüdafiəçi Marko Veşoviçin yeni iş yeri açıqlanıb.

"Mediasport" xəbər verir ki, Monteneqro milli komandasının üzvü karyerasını Xorvatiyada davam etdirəcək.

O, paytaxt Zaqreb təmsilçisi "Lokomotiva"ya keçib.

2021-ci ildən Ağdam təmsilçisinin heyətində çıxış edən Veşoviç "köhlən atlar"ın forması ilə 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə edib.