Millimiz Kosovoya 8 qolla uduzdu

 Millimiz Kosovoya 8 qolla uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B Liqasının B1 qrupunda yer alan yığmamız Kosovo ilə üz-üzə gəlib.

Matçı rəqibin 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin qrupda son görüşü oktyabrın 4-də Albaniyaya qarşı olacaq.

Xatırladaq ki, komandamız qrupda ilk duelində İrlandiyaya 0:16 hesabı ilə uduzub.